13 C
Baku
Friday, November 22, 2024

“Bank Melli İran” Bakı filialının kredit portfeli 57% azalıb

İran Milli Bankının Bakı filialı 2023-cü ili 3 milyon 871 min manat mənfəətlə başa vurub. Filial ötən ilin eyni dövründə 1 milyon 867 min manat mənfəət edib ki, bu da illik müqayisədə 2 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ildə “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 3 milyon 58 min manat ikən, ötən il 3 milyon 195 min manat təşkil edib.

Bu ilin yanvar ayının 1-nə İran bankının aktivləri 121 milyon 764 min manat olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 26% çoxdur. Bunun 4 milyon 78 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 57% kiçilib.

“Bank Melli İran” Bakı filialında müştəri hesablarındakı vəsaitlər 8 milyon 904 min manatdan 44 milyon 27 min manata çatıb.

Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.

Son xəbərlər
Digər xəbərlər