13 C
Baku
Saturday, November 23, 2024

“Bank Melli İran”nın Bakı filialı maliyyə vəziyyətini açıqladı

“Bank Melli İran” Bakıda fəaliyyət göstərən filialı ilin yekunlarına dair maliyyə rəqəmlərini açıqlayıb.

Banker.az bu barədə Bankın 2018-ci ilin illik hesabatına istinad edir.

Hesabata görə, bankın bu il ərzində cəmi faiz gəlirləri 2,87 mln. manat əldə etməklə 112,28 min manat faiz xərci çəkib. Bankın faiz gəlirləri ötən ilə müqayisədə cüzi azalıb(ötən ilin müvafiq dövründə 3 mln. manata yaxın idi) , faiz xərcləri isə təqribən iki dəfə artıb.

Bank filialı, beləliklə ilin 12 ayı ərzində 2,14 mln. manat xalis mənfəət əldə etdiyi məlum olub. Bildirək ki, ötən il bu rəqəm 6,92 mln. manatdan çox idi. Lakin bir faktı qeyd edək ki, ötən bu mənfəətin bu qədər çox olması səbəbi problemli kreditlərin geri qaytarılması hesabına, yəni, 5,75 mln. manatın hesabına gerçəkləşdirmişdi.

Qeyd edək ki, bankın aktivləri 110,44 mln. manat təşkil edir ki, bu da ötən illə müqayisədə 10 mln. manata yaxın artımın olmasıdır. Bank filialının cəmi öhdəlikləri hazırda 39,77 mln. manat təşkil edir ki, bunun da, 30 mln. manatı banklar və digər maliyyə institutları qarşısındakı öhdəliklərdir.

Son xəbərlər
Digər xəbərlər