13 C
Baku
Saturday, November 23, 2024

“Bank Melli İran” silinmələrin hesabına mənfəətini 7 mln. manata çatdırıb

“Bank Melli İran”nın Bakı filialının faiz gəlirləri 2,96 mln. Azərbaycan manatı olub.

Banker.az xəbər verir ki, bu barədə Bank filialının 2017-ci ilin yekunlarına dair hesabatında qeyd edilib.

Məlumata görə, bu, hesabat dövrünün anoloji dövrü ilə müqayisədə faiz gəlirləri 2017-ci ildə 10% yaxın azlması deməkdir. Lakin, bank ötən ili 6,9 mln manatdan çox mənfəətlə bitirib.

Bankın kredit portfelinin həcmi il ərzində 2 dəfədən çox kiçilərək, 3,4 mln. manata qədər düşüb. Bank filialının cəmi aktivləri 20 mln. manatdan çox artaraq 100,5 mln manata çatıb.

Hazırda cəmi kapitalı 69,3 mln. manat, cəmi öhdəlikləri isə 31,2 mln. təşkil edir.

Son xəbərlər
Digər xəbərlər