9 C
Baku
Friday, December 13, 2024

“Bank Melli İran”nın Bakı filialı BŞİH-yə qarşı “maddi ziyan” iddiası qaldırıb

“Bank Melli İran” Bakı filialı “meriya”nı məhkəməyə verib.

Banker.az-ın xəbərinə görə, İran bankının filialı vurulmuş maddi ziyanın ödənilməsi üzrə Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldırıbmış. Bununla bağlı Ali və eləcə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə müraciət edilib. Maddi ziyanın detalları tam olaraq bəlli olmasa da, 25 dekabr 2019-cu il tarixdə verilən qərara əsasən iddia (bank filialının) qismən təmin edilib.

Həmçinin üçüncü şəxs kimi cavabdeh olaraq bu prosesə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamenti də cəlb edilib.

Məlumata görə, məhkəmənin qərarından heç bir qurum razı qalmayıb və bununla da bank filialı, BŞİH və üçüncü şəxs kimi Maliyyə Nazirliyi Bakı Apelyasiya Məhkəməsinə müraciət ediblər.

Son xəbərlər
Digər xəbərlər