6 C
Baku
Sunday, December 15, 2024

Bank müştərilərinin sayı 8 milyonu keçdi

Azərbaycanda bank müştərilərinin sayı 2019-cu ilin dekabr ayında 8 milyon 17 min 581 nəfər təşkil edib. 2018-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 6 milyon 335 min 405 nəfər olub. Belə ki, 2019-cu ildə bank müştərilərinin sayı 1 milyon 682 min 176 nəfər və yaxud 26,5% artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Bank müştərilərindən 7 milyon 900 min 302 nəfəri fiziki şəxslər, 117 min 279 nəfər isə hüquqi şəxslərdir.

2019-cu ilin dekabr ayına müştəri hesablarının sayı 19 milyon 280 min 151 ədəd olub ki, bu da ötən ilin analoji dövrüylə müqayisədə 7,4% artım deməkdir. 2019-cu ildə müştərilərin kredit hesabları da 7% artaraq  2 milyon 799 min 814, depozit hesabları isə 6% artaraq 388 min 951 olub.

Son xəbərlər
Digər xəbərlər