8 C
Baku
Wednesday, January 8, 2025

Bank nə zaman müştərilərini məhkəməyə verir?

Artıq ölkəmizdə elə bir ailə yoxdur ki, bank müştərisi olmasın. Maliyyə sıxıntısı yaşayan hər kəsin üz tutduğu məkan məhz banklar olur. Təbii ki, yüksək faizlərlə olan krediti alıb, probleminizi həll etmək işin ən asan tərəfidir. Lakin krediti əldə etdikdən sonra geri qaytarmaq heç də asan deyil. Çünki banka olan borcunuzu geri qaytararkən əsas məbləğlə birlikdə bank faizləri üstəgəl komisyon haqqları da ödəməli olacaqsınız.

Lakin bəzən bank kredit müştərisi olmuş şəxslər, kredit borclarını ödəməkdə çətinlik çəkir və bir müddət sonra ödəmə edə bilmirlər.

Bəs borcunuzu ödəyə bilmədikdə bank sizə qarşı hansı addımları atır?

Eyni zamanda əgər banka borcunuzu vaxtlı-vaxtında geri ödəmirsinizsə, bank sizə ilk olaraq xəbərdarlıq addımı atır, sizi gecikmə barədə xəbardarlıq edir. Təbii ki, ilk mərhələlərdə bank sizinlə bu problemi məhkəmədən kənar həll etməyə çalışacaq və öz maraqları baxımından məhkəməyə son anda müraciət edəcəklər. Çünki məhkəməyə müraciət etdikdən sonra faiz hesablanması dayanır, bu isə banklara təbii ki, sərf etmir. Bununla yanaşı digər səbəblərdən biri də yaranmış problemin məhkəmə vasitəsiylə həlli uzun və kifayət qədər maliyyə vəsaiti tələb edən prosesdir.

Bu zaman bank sizə bir neçə dəfə xəbərdarlıq edəcəkdir. Əgər bu zaman da siz bankın xəbərdarlığına cavab verməsəniz 90 gündən sonra fazilərin hesablanması dayandırıılr və kedit borcunuzu ödəməsəniz, bank artıq kreditin məhkəmə yolu ilə qaytarılması üçün işə başlayacaqdır. Lakin burada istisna hallar da ola bilər, ölüm və s.
İlk öncə bank məsələ ilə bağlı iddiaçı qismində iddia ərizəsi ilə məhkəməyə müraciət edir və ödənilməmiş pulun sizdən alınmasını məhkəmədən tələb edəcək. Məhkəmə iddiaçının ərizəsini qəbul etdikdən sonra iş üzrə məhkəmə prosesi başlayır.

Məhkəmədə ikinci mərhələ isə işə mahiyyəti üzrə baxılmadır. Bu mərhələnin sonunda Azərbaycan Respublikası adından Qətnamə qəbul edilir. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Misal olaraq, siz banka kredit borcunuzu gecikdirmisiniz ancaq bankın sizə göndərdiyi xəbarlıqlara cavab olaraq banka maliyyə vəziyyətinizin yaxşı olmadığını və bir müddət borcunuzu gecikdirəcəyinizi bildirirsiniz. Bu halda bank məhkəməyə müraciət etməyə bilər. Ancaq əgər bank tərəfdən məhkəməyə müraciət olunsa dərhal məhkəmə vaxtı barədə sizə məlumat göndəriləcək. Bu məqamda sizin vəkilə ehtiyacınız olacaq.

Ümumiyyətlə banklar müştərininin gecikməyə düşməsi və ya məhkəməyə verilməsi prosesindən yalnız uduzurlar. Buda onunla bağlıdır ki, Mərkəzi Bankın tələblərinə əsasən hər belə kredit üçün bank ehtiyat yaratmalıdır – ehtiyata ayrılan vəsaiti isə dövriyyəyə buraxıb pul qazanmaq mümkün deyil. Müştərinin məhkəməyə verilməsi özüdə əlavə xərclər tələb edir .

Qeyd edək ki, müştərinin məhkəməyə verilməsi (əgər bank müştərinin günahkar olduğunu sübut edərsə) prosesində müştərinin özüdə müəyyən xərcləri çəkməli olur. Belədirki , ödəniləcək məbləğin 7% həcmində müştəri rəsmi olaraq məhkəməyə ödəniş etməlidir.

Ümumiyyətlə bankların aktivlərinin təsnifat qaydalarına əsasən gecikmədə olan kreditlər Qənaətbəxş kreditlər, Qeyri-qənaətbəxş kreditlər və Ümidsiz kreditlər kimi təsnif olunur.

Qənaətbəxş kateqoriyasına daxil olan kreditlərdə, əsas məbləğ və faizlər nağd vəsaitlə və ya onun əvəzedicilərinın girovu ilə (məsələn, bankda milli və sərbəst dönərli xarici valyutada yerləşdirilmiş depozitlərlə, xəzinə vekselləri ilə) tam təmin olunmuş kreditlər hesab olunur.

Qeyri-qənaətbəxş kreditlərə, aktivlərə borcun tam ödənilməsini təhlükə qarşısında qoya bilən konkret problemlər xasdır.

Ümidsiz kreditlər kateqoriyasına daxil olan kreditlər keyfiyyəti çox aşağı olduğundan onların qaytarılması ümidsiz hesab edilir və dəyəri faktiki olaraq itirildiyi üçün bank aktivləri kimi onların uçotunun davam etdirilməsi özünü doğrultmur. Bu aktivlərin qismən ödənişi mümkün olsa da belə aktivlərin ödənilməsi cəhdləri uzun müddət tələb etdiyindən onların silinməsini təxirə salmağın mənası yoxdur.

Ümumiyyətlə bütün bu hadisələrlə qarşılaşmamağınız üçün kredit götürən zaman daha ehtiyatlı olun. Bir neçə dəfə götür-qoy edin və sizə uyğun şərtlərlə kredit verən banka müraciət edin. Əks halda sizdə kredit faizlərində heçdə amansız olmayan bankların qurbanına çevriləcəksiniz.

Son xəbərlər
Digər xəbərlər