TuranBank hər birinin dəyəri 1 082 manat olmaqla 2 773 ədəd olan və ümumi məbləği 3 000 386 manat adi, sənədsiz adlı səhm emissiyası yolu ilə nizamnamə kapitalını artıraraq 50 002 466 manata çatdırmışdır.
Səhmlərin alqı-satqısı Bakı Fond Birjasında həyata keçirilmişdir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nizamnamə kapitalının artımının qeydiyyatdan keçirilməsini artıq başa çatdırmışdır.
Bankın məcmu kapitalı isə 2015-ci ilin iyun ayının 1-nə 51,7 mln. manat təşkil etmişdir.