6 C
Baku
Monday, December 16, 2024

Bank nümayəndəsi: Dolların bahalaşması müşahidə olunur

“Mərkəzi Bank icazə verməz ki, manat dəyərdən düşsün”.

Bahalaşma ehtimalı hal-hazırda var, amma 2015-ci ildə hər şey öz yerinə qayıdacaq. Dollar valyutadəyişmə məntəqələrində tapılır, sadəcə bir az baha qiymətə. Yığışdırılması bu gün olub deyə, sabah, biri gün dəqiq bilinəcək ki, yığışdırılma nə səbəbə baş verib. Ola bilsin ki, gətirilən vəsaitlərdə qıtlıq yaranıb, ya da hal-hazırda bankların əllərində vəsait yoxdur deyə, sata bilmirlər.

Bu sözləri Bank Standard rəsmisi İlqar Yusubov deyib.

Digər bir bank – AccessBank nümayəndəsi isə qeyd edir ki, hal-hazırda valyutadəyişmə məntəqələrində dollar rahat alınıb-satılır.

Ata Bank-dan hal-hazırda bu barədə məlumatlı olmadıqlarını bildiriblər.

Ümumiyyətlə, ekspertin dolların bazarda bahalaşması ilə bağlı səslənən fikirlərə münasibətini öyrənməyə çalışdıq.

Ekspert Pərviz Heydərovun sözlərinə görə, bahalaşma hal-hazırda müşahidə oluna bilməz.

“Mərkəzi Bankın əlində kifayət qədər imkanlar var ki, manatı sabit saxlasın. 2015-ci ilin birinci yarısına qədər neftin ucuzlaşması davam edərsə, o zaman manatın sabit saxlanması çətinləşəcək. İndiyənədək neftin qiyməti yüksək idi deyə, ölkəyə dollar axını yüksək idi. Tələb və təklifin nisbəti altında məzənnə formalaşır”.

Onun sözlərinə görə, yaxın bir-iki ay üçün dolların bahalaşması gözlənilmir:

“Rusiya rublu saxlamaq üçün ölkənin valyuta ehtiyatlarını azaldır. Noyabrın 10-da Rusiyanın Mərkəzi Bankı rublun sərbəst buraxılması haqqında qərar qəbul etdi, amma bunu şifahi şəkildə etdi. Dekabrın 2-dən isə bazara dollarla müdaxilə edib rublu götürdü.

Valyutadəyişmə məntəqələrində dolların yığışdırılmasından söhbət gedə bilməz. Bu yayılan fikirləri sadəcə fırıldaq adlandırmaq olar”.

Lakin ekspert hesab edir ki, istənilən halda neftin qiymətinin ucuzlaşması ilə əlaqədar hökumət manatı tam saxlaya bilməz:

“Avqust, sentyabr, noyabr valyuta ehtiyatları azalır. Bu, pulda manatın saxlanmasına hesablanıb. Heç vaxt Mərkəzi Bank icazə verməz ki, manat dəyərdən düşsün”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Bakıda valyutadəyişmə məntəqələrində dollar qıtlığının yaranması, ABŞ valyutasının bahalaşması barədə məlumatlar dolaşır.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər