27 C
Baku
Saturday, July 27, 2024

“Bank of America”: Azərbaycanın bank sektorunda inkişaf mərhələsi başlayıb

Azərbaycanın milli valyutası – manatın iki devalvasiya dalğası nəticəsində ölkənin bank sektorunda müəyyən problemlərin olmasına baxmayaraq, bu sahənin inkişafı üçün müsbət addımlar atılır. “Bloomberg” agentliyi istinadən xəbər verir ki, bunu “Bank of America”nın Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Osakovskiy tərəfindən hazırlanan hesabatda bildirilib.

Hesabata əsasən, Azərbaycanın bank sektorunda problemli kreditlərinin xüsusi çəkisi 40-80% diapazonunda dəyişir: “Bankların yenidən kapitallaşma ilə bağlı son qərarları problemli kreditlərə ayırmalara yənəldilib. Lakin bununla yanaşı müsbət addım odur ki, dövlət tərəfindən ölkənin ən böyük bankında yaranmış problemləri həll etmək istəyi müşahidə olunur. Adı çəkilən bankın (Azərbaycan Beynəlxalq Bankının olduğu ehtimal edilir – “Report”) özəlləşdirilməsi prosesi gündəmdə yer alıb. Yaxın vaxtlarda özəlləşdirmənin həyata keçirilməsi real görünmür. Bunun üçün Bankın bütün problemləri həll olunmalıdır”.

“Bank of America” analitikləri hesab edirlər ki, ABB istisna olmaqla, ölkənin bank sektorunun səhmdarları tərəfindən yenidən kapitallaşma istiqamətində müvəffəqiyyətli addımlar atılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər