13 C
Baku
Saturday, November 23, 2024

“Bank of America” Brent-in qiymətinin proqnozunu 80 dollara endirib

“Bank of America” analitikləri 2023-cü il üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozu yeniləyiblər. “Bussines Insider” yazır ki, yeni ekspert proqnozu 80 dollar təşkil edir ki, bu da əvvəlkindən (bir barel üçün 88 dollar) 9% aşağıdır.

Yanvarın sonunda Brent markalı neftin qiyməti 2023-cü ildə ən yüksək həddə çataraq bir barel üçün 88 dolları keçib. Mayın 10-da Bakı vaxtı ilə saat 08:48-ə olan məlumata görə, “ICE Futures” birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti bir barel üçün 76.94 dollar təşkil edib.

Sürətlə artan FED dərəcəsi və biznesə əverilən kreditlərin azalması neft tələbini məhdudlaşdırır. Bununla əlaqədar olaraq, “BofA” analitikləri qlobal neft istehlakı artımı gözləntilərini də bu il gündəlik 1.2 milyon barelə, 2024-cü ildə isə 1 milyon barelə endiriblər.

Fransisko Blanş deyir ki, ABŞ-ın borc tavanı ilə bağlı narahatlıqlar vəziyyəti daha da pisləşdirə bilər.

Bununla yanaşı, ekspertlər OPEC üzvlərinin hasilatı yenidən azalda biləcəyini etiraf etdiyindən, “Bank of America” 2024-cü ildə Brent markalı neftin bir bareli üçün 90 dollar proqnozunu saxlayıb.

Ötən ay “Citigroup” analitikləri OPEC-in hasilatın azaldılmasına baxmayaraq, neftin qiymətinin bir barel üçün 80 dollardan aşağı düşəcəyini proqnozlaşdırmışdılar. “Citigroup”un əmtəə araşdırması rəhbəri Ed Mohr bildirib ki, Çində işgüzar fəallığın bərpası əvvəllər gözlənildiyindən daha yavaş olduğu və Qərbdə iqtisadi yavaşlama perspektivi enerji tələbatını sarsıtdığı üçün neft qiymətləri düşəcək.

Son xəbərlər
Digər xəbərlər