26 C
Baku
Saturday, July 6, 2024

“Bank of America”: “Brent”in qiyməti gələn il 65-80 dollar/barrel arasında dəyişəcək

“Bank of America” (BofA) beynəlxalq investisiya bankı “Brent” markalı xam neftin bir barrelinin qiymətinin 2019-cu ilin birinci yarısına qədər 65-80 dollar arasında dəyişəcəyini gözləyir.

“Bank of America” ABŞ-ın İrana qarşı sanksiyalarının tam olaraq hiss olunacağı dövrdə, yəni gələn ilin ilk yarısınadək “Brent” neftinin qiymətinin 65-80 dollar/barrel arasında dəyişəcəyini nəzərə tutur.

Xatırladaq ki, ABŞ bu ilin noyabrından etibarən İranın neft ixracına yönələn sanksiyalar tətbiq etməyə hazırlaşır.

Qeyd edək ki, hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 75,85 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 68,50 dollara alıcı axtarır.

(AZƏRTAC)

Son xəbərlər
Digər xəbərlər