13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

“Bank of America”: Neftin qiyməti gələn il $120-a çata bilər

Neftin qiyməti 2022-ci ilin iyun ayının sonuna kimi 120 dollar/barelə çata bilər. Bunu “Bank of America” analitikləri bazar ertəsi günü deyib.

Banker.az xəbər verir ki, ekspertlərin fikrincə, kömür və qazın bahalaşmasına səbəb olan qlobal enerji böhranı artıq London və Nyu-York birjalarında satılan neft fyuçerslərinin bərpasını sürətləndirib.

Qeyd edildiyi kimi, neftin qiymətinin bir barelinin 100 dollara yaxınlaşması ilə bağlı daha əvvəl treyderlər də xəbərdarlıq edib. Oyunçular neftə tələbin artdığını və iqlim gündəmi ilə bağlı yeni yataqlara investisiyaların azalmasını vurğulayıb.

Birja neftinin qiymətləri keçən həftə ən yüksək səviyyəyə qalxıb. Oktyabrın 25-də WTI markalı xam neftin qiyməti 85 dollar/bareldən yuxarı qalxaraq son 7 ilin ən yüksək səviyyəsinə çatıb. Həmin gün Brent markalı neft də 86.5 dollar/barelə qədər bahalaşaraq son üç ilin maksimumunu yeniləyib.

Son xəbərlər
Oxşar xəbərlər
X