12 C
Baku
Saturday, November 23, 2024

“Bank of America”: “Neftin qiymətləri 100 dolları keçə bilər”

Energetika sahəsindəki gərginlik fonunda neftin qiyməti 100 ABŞ dollarını keçə bilər.

“Bank of America”nın proqnozuna görə, bu cür artım qlobal iqtisadi böhrana gətirəcək.

Bankın proqnozuna əsasən, dizel yanacağına tələbin sıçrayışı neftin də qiymətlərinin artımına səbəb ola bilər. Pul-kredit və vergi-büdcə siyasətlərinin son həddə çatdırıldığı, enerji daşıyıcılarına xərclərin artmağa davam etməsi ilə əlaqədar olaraq neft qiymətlərinin yüksək olması makroböhrana gətirib çıxara bilər.

“Bank of America”nın analitiklərinə görə, dizelin qiymətləri bir barel üçün 120 dolları keçə bilər.

Qeyd edilir ki, qiymətlər bu səviyyəyə çatsa, bu, 2014-cu ildən bu yana bir ilk olacaq. Təbii qazın qiyməti artıq iki dəfə artaraq neft ekvivalentində bir barel üçün 190 dollara çatıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər