“Bank of America” nın 2019-cu ildə xalis mənfəəti 2,6% azalıb

0

“Bank of America Corp” maliyyə təşkilatının 2019-cu ildə xalis mənfəəti 2,6% azalaraq 27,43 milyard dollar təşkil edib.

Banker.az xəbər verir ki, bu haqda bankın hesabatında deyilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bir səhm üçün qazanc 2018-ci ildəki 2,61 dollar ilə müqayisədə 2,75 dollaradək artıb. Hesabat dövrü üçün faiz xərcləri çıxmaqla banklın gəliri 91,244 milyard dollar təşkil etmişdir ki, bu a bir il əvvəlki dövr ilə müqayisədə 0,25% çoxdur.

2019-cu ilin dördüncü rübündə maliyyə qurumunun xalis mənfəəti 6,994 milyard ABŞ dollar təşkil edib ki, bu da 2018-ci ilin oktyabr-dekabr ayları ilə müqayisədə 4% azdır.

Xatırladaq ki, “Bank of America Corp” 1904-cü ildə təsis edilib və çoxsahəli maliyyə institutu hesab olunur. BofA ABŞ-ın ən böyük 4 banklarından biridir (“Citigroup”, “JPMorgan Chase” və Wells Fargo).