“Bank of America”: Süni intellektdən “asan qazanc” dövrü başa çatır

Süni intellektə böyük həcmdə investisiyalardan faydalanan şirkətlərin səhmlərində əvvəlki kimi “asan qazanc” əldə etmək getdikcə çətinləşəcək.

Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ bankı “Bank of America”nın strateqləri süni intellektə kapital xərclərinin artmasının və istehlak xərclərinin zəifləməsinin artıq böyük ölçüdə aktivlərin qiymətlərində nəzərə alındığını düşünür.

Bankın fikrincə, bu səbəbdən AI infrastrukturu, məlumat mərkəzləri və yüksək kapital xərclərindən faydalanan şirkətlərin səhmlərində əlavə yüksəliş potensialı əvvəlki dövrlə müqayisədə daha məhdud ola bilər.

“Bank of America” investorları yalnız süni intellekt mövzusuna fokuslanmaqda ehtiyatlı olmağa və ABŞ istehlakçısının maliyyə dayanıqlığını da nəzərə almağa çağırır.

Bankın uzunmüddətli investisiya fondları üzrə təhlili göstərir ki, portfellərdə informasiya texnologiyaları xidmətləri, istehlak maliyyəsi və proqram təminatı şirkətlərinin payı tarixi minimumlara yaxınlaşıb.

Əksinə, sənaye şirkətlərinin səhmlərinin portfellərdəki çəkisi rekord səviyyələrə yaxın qalır.

Bu struktur investorların AI bumundan birbaşa faydalanan texnologiya şirkətlərindən daha geniş iqtisadiyyata və sənaye sektoruna doğru mövqe dəyişməsinin mümkün olduğuna işarə edir.987657890

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər