29 C
Baku
Thursday, June 30, 2022

“Bank of Amerika”: FED uçot dərəcəsini sentyabrda artıracaq

ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini bu ilin sentyabr ayında artıracaq, növbəti artımın isə cari ildə baş verəcəyi isə çox az ehtimal olunur. “Forexpf.ru” saytına istinadən xəbərə görə, bu barədə “Bank of Amerika”nın hesabatında bildirilir. 

Bankın analitiki Mişel Meyerin (Michael Meyer) fikrincə, vergi-büdcə stimullaşdırılmasının gecikdirilməsi və xarici ticarət əlaqələrinin gərginləşməsi ABŞ iqtisadiyyatının ilin ilk yarısında yalniz 1,5% artım əldə edəcəyini göstərir. ABŞ iqtisadiyyatının 2%-dən çox artması ancaq 2018-ci ilin II yarısında mümkün olacaq. 

Bankın hesabatına əsasən, FED 2018-ci ildə 3 dəfə uçot dərəcəsini artıra biləcək. Yanvarın 31-fevralın 1-də FED-in növbəti iclasında işsizlik və inflyasiyanın dayanıqlı artımının monitorinq olunması müzakirə ediləcək.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər