“Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş agent banklar – “Muğanbank” ASC və “Rabitəbank” ASC vasitəsilə kompensasiya ödənişi davam edir.
Fonddan bildiriblər ki, 7 gün ərzində sənədləri qaydasında olan əmanətçilərə 16 milyon manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna fevralın 4-dən başlanılmasına baxmayaraq, kompensasiyaların alınması üçün az sayda müraciət olunub.
Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
Azərtac