12 C
Baku
Saturday, November 23, 2024

“Bank of Baku” 2023-cü ildə ₼25.5 milyon xalis mənfəət əldə edib

“Bank of Baku” ASC 2023-cü ildə 25.46 milyon manat xalis mənfəət əldə etməklə, balansındakı bölüşdürülməmiş mənfəəti 76.95 milyon manata qalxıb.

Banker.az bunu “Bank of Baku”nun illik  maliyyə hesabatında qeyd edilir.

Hesabata görə, kommersiya bankı ötən il 141.72 milyon manat cəmi gəlir əldə edib. Gəlirlər illik müqayisədə 27 faiz yüksəlib. Bunun 128.29 milyon manatı faizlərdən və 13.43 milyon manatı qeyri-faizlərdən daxil olub.

Beləliklə, bankın əməliyyat mənfəəti 2023-cü ildə 27.06 mln. manat təşkil edib. Öncəki ildə bu rəqəm 34.1 mln. manat olmuşdu.

Bank 2023-cü il ərzində aktivlərini həcmi illik müqayisədə 169.66 milyon manat və ya 24% artaraq 870.89 milyon manata yüksəlib. Aktivlərində əsas artım səbəbi istehlak kreditlərinin illik müqayisədə 77.95 milyon manat və ya 20% artaraq 476.05 milyon manata yüksəlməsidir. Bankın biznes kreditlərinin həcmi illik müqayisədə 4% azalaraq 148.09 milyon manata düşdüyü halda, ipoteka kreditlərinin həcmi 41% artaraq 34.9 milyon manata yüksəlib.

Depozit portfelinin həcmi illik müqayisədə 150.23 mln. manat və ya 41% artaraq  515.77 manat təşkil edib.

23423423 21312312312312

Son xəbərlər
Digər xəbərlər