“Bank of Baku” ASC 2023-cü ilin 3-cü rübünü 24 milyon 317 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ilin eyni dövründə isə bankın mənfəəti 30 milyon 775 min manat olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
Yanvar-sentyabr aylarında “Bank of Baku”nun cəmi gəlirləri 103 milyon 734 min manat (illik müqayisədə 30% çox), cəmi xərcləri 79 milyon 566 min manat olub.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu il oktyabrın 1-nə “Bank of Baku”nun aktivləri 816 milyon 529 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 1.6 dəfə çoxdur. Bunun 643 milyon 85 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 55% böyüyüb