12 C
Baku
Saturday, November 23, 2024

Bank of Baku aktivlərini yarım milyarda çatdırır – Hesabat

“Bank of Baku” ASC 2021-ci ildə həm depozit cəlbində, həm də müştərilərə kredit verilməsində inamlı irəliləyiş nümayiş etdirib.

Banker.az bunu Bankın cari ilin 3-cü rübü üzrə göstəricilərinə əsaslandırır.

Bank of Baku 2021-ci ilin əvvəli 409.56 milyon manatlıq aktivləri 9 ayın sonuna 494.46 milyon manata qədər irəlilədib. Bu da ilin əvvəlindən III rübün sonuna 84.9 milyon, yaxud 20.7%  artım deməkdir.

Bankın aktivlərinin böyüməsində əsas amillər: müştərilərə verilən kredir, nağd pul vəsaitləri, qiymətli kağızlar və digər banklara yerləşdirdiyi depozitlərdir.

Bankın müştərilərə verdiyi krdit portfeli son 9 ayda 71.62 milyon manat (21.2%) artmaqla 409.56 milyon manata yüksəlib. Portfelin 280.58 milyon manatı istehlak, 112.3 milyon manatı biznes və 16.68 milyon manatı isə ipoteka kreditləri təşkil edib. Portfeldəki bölgüdə müvafiq olaraq irəliləmə 22.1%, 18.3% və 25.5% artım olub.

BoB-un artıq son illərdə qiymətli kağızlar bazarında xeyli aktivləşib. Bankın bu aktivlərinin həcmi ilin əvvəlindən 20.87 milyon manat, yaxud 22.7% artımla 113.02 milyon manata yüksəlib.

DEPOZİTLƏRİ BÖYÜYÜB

Bank of Baku-nun öhdəlikləri 2021-ci ilin ilk üç rübü ərzində 67.15 milyon manat (20.2%) artımla 400.32 milyon manata yüksəlib. Öhdəliklərin 237.77 milyon manatı müştərilərdən cəlb edilən depozitlər, o cümlədən, 211.81 milyon manatı (+23.5%) fiziki şəxslərin və 25.95 milyon manatı (+18.2%) isə hüquqi şəxslərin vəsaitləridir.

Bank 2021-ci ildə digər kredit təşkilatı və maliyyə institutlarından cəlb etdityi borc vəsaitlərinin həcmini Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 43.78 milyon manata çatdırmaqla, ilin əvvəlindən 49.4% artırıb.

Bankın balansında bölüşdürülməmiş mənfəəti 33.23 milyon manatdır.

090

Son xəbərlər
Digər xəbərlər