06 iyul 2015-ci il tarixindən etibarən BFB-nin Listinq Komitəsinin qərarı ilə “Bank of Baku” ASC -nin qiymətli kağızlarının hər birinin ticarət qiyməti 15,55 manat olan 3 400 000 ədəd sənədsiz adi adlı səhmləri birjada alternativ bazar seqmentində listinqə daxil edilmişdir.
Məlumata əsasən, 07.07.2015-ci il tarixindən səhmlərin ticarətinə başlanılması nəzərdə tutulur. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər.