23 C
Baku
Sunday, September 29, 2024

“Bank of Baku” böyüyüb, gəlirləri artıb

Bank of Baku 2020-ci ilin yanvar-sentyabr aylarını 8 milyon 612 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 32 milyon 277 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

ƏMƏLİYYAT MƏNFƏƏTİ 2 DƏFƏYƏ YAXIN ARTIB

“Bank of Baku”nun 9 ayda cəmi gəlirləri 47 milyon 682 min manat, cəmi xərcləri 36 milyon 572 min manat olub. Nəticədə bankın 11 milyon 110 min manatlıq əməliyyat mənfəəti yaranıb. Ötən ilin müvafiq dövründə isə “Bank of Baku”nun cəmi gəlirləri 38 milyon 22 min manat, cəmi xərcləri isə 31 milyon 476 min manat təşkil etmişdir ki, bu da 6 milyon 546 min manat əməliyyat mənfəətinin yaranması deməkdir. Beləliklə, bu il bankın əməliyyat mənfəəti 4 milyon 564 min manat və yaxud 2 dəfəyə yaxın artıb.

GƏLİRLƏRİ ARTIB

Bu ilin 9 ayı ərzində “Bank of Baku”nun faiz gəlirləri 40 milyon 133 min manat (illik müqayisədə 27% çox), qeyri-faiz gəlirləri 7 milyon 549 min manat (19% çox), faiz xərcləri 8 milyon 933 min manat (1.3% çox), qeyri-faiz xərcləri 27 milyon 639 min manat (22% çox) olub.

BANK BÖYÜYÜB

2020-ci ilin yanvar-sentyabr aylarında “Bank of Baku”nun cəmi aktivləri 394 milyon 196 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 3.4% artım deməkdir. Bunun 366 milyon 496 min manatı müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin sonunda isə bu göstərici 338 milyon 159 min manat idi. Belə ki, bankın kredit portfeli 8.4% böyüyüb.

MÜŞTƏRİLƏRƏ VERİLƏN – BİZNES, İSTEHLAK VƏ DAŞINMAZ ƏMLAK KREDİTLƏRİ ARTIB

Müştərilərə verilən kreditlərdən istehlak kreditləri 2019-cu ilin sonu ilə müqayisədə 9 ayda 13 milyon 700 min manat artaraq 259 milyon 629 min manat, biznes kreditləri 12 milyon 887 min manat artaraq 94 milyon 812 min manat, daşınmaz əmlak kreditləri isə 3 milyon 302 min manat artaraq 12 milyon 56 min manat olub.

Bu ilin 9 ayı ərzində bankın cəmi öhdəlikləri 321 milyon 293 min manat olub ki, bu da 2019-cu ilin sonuna nisbətən 4 milyon 207 min manat və yaxud 1.3% artımdır. Bankın depozit portfeli isə 180 milyon 795 min manat  təşkil edib ki, bunun 160 milyon 482 min manatı fiziki şəxslərin depozitləri, 20 milyon 313 min manatı isə hüquqi şəxslərin depozitləri olub.

KAPİTALI ARTIB

30 Sentyabr 2020-ci il tarixində “Bank of Baku” 72 milyon 903 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 64 milyon 8 min manat kapitala malik idi. Beləliklə, “Bank of Baku”nun kapitalı 14% artıb.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin “NAB Holding”inə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100%-lik, “AFB Bank” ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i “Azpetrol” neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər