15 C
Baku
Saturday, April 20, 2024

“Bank of Baku”-da struktur dəyişikliyi olub

Banker.azın “Bank of Baku”-nun saytına istinadən verdiyi məlumata görə, bankın idarəetməsində struktur dəyişikliyi olub.

Verilən məlumata görə, bankın rəhbərliyinə yeni sahə direktorları və komitə sədri təyin edilib. Belə ki, Nigar Tahirova, Nicat Bağırov, Ramil Nəsibov və Təhminə Səlimxanovanın səlahiyyətləri artırılaraq sahə direktoru vəzifəsinə təyinat alıblar.

Həmçinin, Anar Abbasov bankda yaradılan yeni komitəyə sədr təyin olunub.

Qeyd edək ki, hal-hazırda Bankın menecment komandası 3 nəfərdən ibarət İdarə Heyəti, 5 sahə direktoru və komitə sədrlərindən ibarətdir. Redaksiyamız adından Bank of Baku-da yeni təyinat almış şəxsləri təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Son xəbərlər
Digər xəbərlər