Həsənli Fərdi Mirzalı oğlu Biznes satışı üzrə sahə direktoru vəzifəsinə təyin olunub.
Fərdi Həsənli bankın KOB bankçılıq, Korporativ bankçılıq, Məhsul və müştəri idarə etməsi departamentlərini kurasiya edəcək.
İş təcrübəsi:
İş fəaliyyətinə 2008-ci ildə TBC Kredit Bank Olmayan Kredit təşkilatında başlayıb.
Bank of Baku komandasına 2012-ci ildə Daxil audit departamentinin auditoru kimi qoşulub.
2020-ci ildən Daxili Nəzarət Departamentinin direktoru, 2021-ci ildən yeni təyinata qədər isə Risklərin idarə edilməsi və nəzarət departamentinin direktoru vəzifəsini icra edib.
Təhsil:
2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universiteti Maliyyə və Kredit üzrə bakalavr, 2010-2013-cü illərdə Xəzər Universitetində Maliyyə üzrə magistr dərəcəsi alıb.