15 C
Baku
Sunday, November 24, 2024

“Bank of Baku”-dan növbəti yenilik: “Mene zeng et” kommunikasiya xidməti işə düşdü!

Müştəri məmnunluğunu artırmaq məqsədilə “Bank of Baku”  “Mene zeng et” kommunikasiya xidmətini işə salıb. Banka hər-hansı təklif və sorğusu olan şəxs SMS ilə “Mene zeng et” yazıb 8145-ə göndərə bilər.Bu mesajı alan bank nümayəndəsi qısa müddətə ismarıc sahibinə zəng edərək onu dinləyib müraciətini araşdıracaq.

Beləliklə, banka sualı, sorğusu, təklif və şikayəti olan hər şəxs bu əlaqə vasitəsindən istifadə edə bilər.Yeni kommunikasiya vasitəsi xüsusən yaxınlığında şəhər telefonu və internetə girişi olmayan şəxslər üçün çox faydalı olacaq.Standart SMS vasitəsilə müştəri  bankla əlaqə qurmuş olacaq.Zəngə görə danışıq haqqını bank ödəyəcək.

“Mənə zəng et” kommunikasiya xidməti “Bank of Baku”-nun 145 Məlumat Mərkəzi nəzdində fəaliyyətə başlayıb.Azərbaycanın ilk bank məlumat mərkəzi olan 145 xidməti hər ay minlərlə müştəri sorğusunu cavablandırır.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.facebook.com/bankofbaku

Son xəbərlər
Digər xəbərlər