-1 C
Baku
Sunday, December 15, 2024

“Bank of Baku” ili 25 milyonluq xalis mənfəətlə bitirib

“Bank of Baku” ASC 2019-cu il üzrə 24,57 milyon manatlıq xalis mənfəət əldə edib.

Banker.az-ın Bankın 2019-cu il üzrə hesabatına istinadən xəbərinə görə, bank il ərzində 43,02 milyon manat faiz gəliri 11,7 milyon manat faiz xərci, 9,18 milyon manat qeyri-faiz gəliri və 33,22 milyon manatlıq qeyri-faiz xərcləri edib. Nəticədə 7,27 milyon əməliyyat mənfəəti etmiş olub. Buna baxmayaraq zərərli aktivləri sayılan problemli kreditlərin geri dönməsi üzrə 24,26 milyon manat vəsait əldə edib və nəticə etibarilə ötən il ərzində böyük həcmli xalis mənfəət edən banka çevrilib.

Amma, “Bank of Baku”nun ilin ikinci rübündə ölkə üzrə problemli kreditlərin restrukturizasyası dövründə bank “sürpriz” 40,04 milyonluq xalis mənfəət açıqlamışdı. Ehtimal edilir ki, ikinci rübdə bank yenidən ehtiyatlara ayırmalara görə ilin sonuna xalis mənfəətində eniş baş verib.

1 yanvar 2020-ci il tarixində BoB-un cəmi aktivləri 381,09 milyon manat (bunun 338,16 milyon manatı müştərilərə verilən kredit), 317,09 milyon manatı öhdəlikləri (183,22 milyon manatı depozitlər) və cəmi kapitalı isə 381,09 milyon manat olub.

Qeyd edək ki, bu bank öncəki ildə xalis mənfəəti 3,47 milyon manat təşkil etmişdi.

Son xəbərlər
Digər xəbərlər