21 C
Baku
Şənbə, Sentyabr 18, 2021

“Bank of Baku” ili 9.4 mln. manat xalis mənfəətlə yarılayıb

Screen Shot 2021 09 02 at 14.34.20

“Bank of Baku” ASC 2021-ci ilin birinci yarımilində 9.37 mln. manat xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında deyilir.

Hesabata görə, bankın faiz gəlirləri 12.8% artımla 30.15 mln. manat olmuş, o cümlədən bunun 28.78 mln. manatı müştərilərə verilən kreditdən, 1.29 mln. manatı ticarət və investisiya qiymətli kağızlardan gələn faiz gəliri olmuşdur.

Faiz xərcləri 4.3% azalma ilə 6.02 mln. manata düşmüş ki, nəticədə, bankın xalis faiz gəlirləri 18% artımla 24.13 mln. manata düşmüşdür. Bankın qeyri-faiz gəlirləri 5.23 mln. manat, qeyri-faiz xərcləri isə 19.93 mln. manat olmuşdur. Əlavə olaraq 3.19 mln. manat mümkün zərərlər üzrə ehtiyata ayırmalardan gələn gəlirlərdən sonra mənfəət 12.62 mln. manata yüksəlib. Bankın mənfəət vergisi xərci 3.24 mln. manat olmuşdur.

Beləliklə, ilin yanvar-iyun ayları ərzində 9.37 mln. manat xalis mənfəət əldə edib. Bu xalis mənfəətdən sonra balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 25.74 mln. manata qədər artmışdır.

3424

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər