“Bank of Baku” ASC 2021-ci ilin ilk üç rübü ərzində əldə etdiyi gəlirləri və xalis mənfəəti açıqlayıb.
Banker.az xəbər verir ki, “Bank of Baku”nun xalis mənfəəti 2021-ci ilin yanvar-sentyabr ayları üzrə 48.24 milyon manatlıq faiz gəliri əldə edib.
BoB-un faiz xərcləri 9.53 milyon manat, qeyri-faiz gəlirləri 7.37 milyon manat, qeyri-faiz xərcləri isə 30.75 milyon manat olmuşdur.
Beləliklə, 15.34 milyon manat əməliyyat mənfəəti əldə etmişdir.
Bank of Baku-nun xalis mənfəəti 16.78 milyon manat olub.