13 C
Baku
Tuesday, May 14, 2024

“Bank of Baku” mənfəəti 2 dəfə artıb 18.5 mln. manata çatdı

“Bank of Baku” ASC 2022-ci ilin 2-ci rübünü  18 milyon 501 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ilin eyni dövründə isə bankın mənfəəti 9 milyon 372 min manat olub ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Yanvar-iyun aylarında “Bank of Baku”nun gəlirləri 51 milyon 111 min manat (illik müqayisədə 44.5% çox), xərcləri 34 milyon 379 min manat, mənfəət vergisi ödəmələri isə 3 milyon 903 min manat təşkil edib.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il iyulun 1-nə “Bank of Baku”nun aktivləri 579 milyon 825 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 15.5% çoxdur. Bunun 484 milyon 833 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 6 ayda Bankın kredit portfeli 17% böyüyüb.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin “NAB Holding”inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik, “AFB Bank” ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

b1

b2

Son xəbərlər
 ⁠
Digər xəbərlər