16 C
Baku
Thursday, May 2, 2024

“Bank of Baku” mikro kreditlər üzrə portfeli 39% böyüdüb

“Bank of Baku” ASC ötən il mikro kreditlər üzrə portfelini illik müqayisədə 28.14 mln. manat və ya 39 faiz artırıb.

Banker.az xəbər verir ki, bu barədə bankın audit hesabatında deyilir.

Bankın mikrokreditlər üzrə portfeli 1 yanvar 2023-cü il tarixinə 100.25 mln. manat təşkil edib. Bu ümumi kredit portfelinin 18 faizini təşkil edir.

Bank ötən il mikro kreditlər üzrə portfelinin keyfiyyətini də qoruya bilib. 2022-ci ildə verilmiş mikro kreditlərin 97.35 mln. manatı sağlamdır və qalan hissəsində vaxtı keçmiş kreditlər təşkil edir. Bu kreditlər üzrə mümkün zərərin həcmi 2.06 mln. manatdır.

“Bank of Baku” mikro kreditləri 500 manatdan 50 000 manata qədər təqdim edir. Bank kreditləri 14%-25% intervalında təqdim edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər