25 C
Baku
Saturday, June 14, 2025

“Bank of Baku” mikrokredit bazarında bir qədər də aktivləşib – 132 milyonluq portfel!

“Bank of Baku” ASC 2024-cü ildə mikrokredit portfelini artırmaqla 132.37 milyon manata qədər artırıb.

Banker.az bunu bankın illik audit hesabatına istinadən xəbər verir.

Bu artımla  mikrokredit portfelini illik müqayisədə 16.46 milyon manat və ya 14.2 faiz böyüdüb.

Bununla da mikrokredit porfeli bankın cəmi 767.68 mln. manatlıq kredit portfelinin17 faizini təşkil edib.

Mikrokredit porfelinin 126.22 mln. manatı sağlam hissəni təşkil edir və 30 gündən artıq hər hansısa gecikmə baş tutmayıb.

Qeyd edək ki, “Bank of Baku” ASC hazırda mikrokreditləri 100 min manatadək və maksimum 36 ayla təklif edir. Bankın kreditləri illik 11-26% intervalında dərəcə ilə verilir.

Son xəbərlər
Digər xəbərlər