“Bank of Baku” müddətli təklif etdiyi depozit – “Dinamik” əmanətinin faizlərini dəyişdirib.
Banker.az bu barədə bankın rəsmi internet saytına istinadən xəbər verir.
Belə ki, manatda 24 aylıq əmanət üzrə faizlər aylıq ödənişdə 10%-dən 10.5%-ə, 36 aylıq əmanət üzrə isə 10%-dən 11%-ə qaldırılıb.
Hazırda manatda olan 12 aylıq “Dinamik” əmanətinin illik faizləri ayın sonunda 9.5%, müddətin sonunda isə 10% təşkil edir. Sentyabr ayında isə bu faizlər müvafiq olaraq 10% və 11% idi. Dollarda olan sözügedən əmanətin müddətin sonunda faiz ödənişi 2%-dir. Ötən ay bu göstərici 2.05% idi.