10 C
Baku
Şənbə, Dekabr 4, 2021

Bank of Baku-nun İdarə Heyətində yeni təyinat

Bank of Baku-nun İdarə Heyətinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki, Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı vəzifəsinə təyin olunan şəxs Fuad Muradəliyevdir.

Peşəkar karyerasına 2013-cü ildə Bank of Baku-da Maliyyə departamentinin baş eksperti olaraq başlayan Fuad Muradəliyev, 2019-cu ildən həmin departamentin direktoru vəzifəsində çalışır. Bu ilin 25 oktyabr tarixindən isə həm də İdarə Heyətinin üzvü olaraq fəaliyyətini davam etdirəcək.

Bakalavr və magistr dərəcələri üzrə təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb.

Son xəbərlər
Oxşar xəbərlər
X