2015-ci ilin birinci rübündə Bank of Bakunun məcmu kapitalı azalıb
Banker.az bankın rəsmi yaydığı rəsmi rəqəmlərə istinadən xəbər verir ki, hazırda bankın məcmu kapitalı 119 270 890 manat təşkil edir. Bu göstərici isə ötən ilin sonu ilə müqayisədə 18 960 720 manat yəni, 14% azalıb.
Qeyd olunan tarix üzrə Bankın aktivləri 797 842 290 manat təşkil edib ki, bu da bir rüb ərzində aktivlərdə 49 650 010 manat yəni 7% artması deməkdir.
İlin əvvəlindən isə bankın xalis mənfəəti 2 167 000 manat təşkil edib.