21 C
Baku
Saturday, September 28, 2024

Bank of Baku-nun müşahidə şurasının strukturu dəyişdi

17 mart 2014-cü il tarixində “Bank of Baku” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Bu yığıncağın keçiriləcəyi barədə məlumat 29 yanvar 2014-cü il tarixində kütləvi informasiya vasitələrində dərc edilmişdir.

Toplantıda bankın fəaliyyətinə dair bir sıra məsələlər müzakirə edilib. Müşahidə Şurasının bir neçə üzvünün səlahiyyətlərinin icra müddətinin bitməsi və bankın böyüməsi ilə əlaqədar olaraq tərkibin genişlənməsi və Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddətlərinə yenidən baxılması məsələsi nəzərdən keçirilib. Qeyd edək ki, Müşahidə Şurasının üzvləri və sədri ən çox 3 (üç) il müddətinə seçilə bilər və müddət bitdikdə onların səlahiyyət müddətinin uzadılması məsələsinə baxılmalıdır.

Səhmdarların Ümumi Yığıncağının yekdil qərarı ilə Elmir Həbibullayev “Bank of Baku” ASC-nin Müşahidə Şurasının üzvü və Müşahidə Şurasının sədri vəzifəsinə seçilib. Eyni zamanda Müşahidə Şurasının üzvləri kimi bankın səhmdarı Elçin İsayevin və bankın səhmdarının səlahiyyətli nümayəndəsi İbrahim Məmmədovun səlahiyyətlərinin müddəti 3 il uzadılıb. Elçin İsayev Müşahidə Şurası sədrinin Baş Müşaviri vəzifəsinə təyin olunub. “Bank of Baku” ASC-nin İdarə Heyəti Sədrinin müavini Eldar Həmidov Müşahidə Şurasının yeni üzvü seçilib.

Son xəbərlər
Digər xəbərlər