1 İyul tarixində Bank of Bakunun vaxtı keçmiş kreditləri artıb.
Banker.az Bank of Bakunun maliyyə hesabatına istinadən xəbər verir ki, bankın problemli kreditləri I yarımillikdə 83 007 400 manat təşkil edib ki, bu rəqəm də ötən rüb ilə müqayisədə 13 544 000 manat və yaxud 19% artım deməkdir.
İlin əvvəlindən isə bankın problemli kreditləri 35 166 600 manat və yaxud 73.5% artıb. Belə ki, ötən ilin sonu bankın problemli 47 840 800 manat təşkil edirdi.