Bank of Baku-nun sabiq sədri Kapital Banka keçdi

Ölkənin aparıcı banklarından olan Kapital Bank ASC-nin İdarə Heyətinin üzvləri sırasına daha bir təcrübəli kadr qatılıb. Ölkənin tanınmış banklarından birində İdarə heyətinin sədri vəzifəsində çalışmış Fərid Hüseynov may ayının 1-dən etibarən Kapital Bankda İdarə Heyəti Sədrinin müavini, Baş əməliyyat inzibatçısı vəzifəsində çalışacaq.

Fərid Hüseynov iqtisad elmləri doktorudur. Bank sektorunda 14 illik zəngin təcrübəyə malikdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər