8 C
Baku
Wednesday, October 30, 2024

Bank of Baku öz müştərisini Nyu-Yorka göndərir

12 oktyabr 2017-ci il tarixində, Azərbaycanın bank sektorunda hər zaman ilkləri və yenilikləri ilə tanınan Bank of Baku, bir müddət öncə Gəliiir şüarı altında müştərilərinə təqdim etdiyi yenilik və kampaniyaların yekununa həsr olunmuş mətbuat konfransı keçirdi.

Tədbiri giriş sözü ilə açan Bankın Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru, Gülşən Cumayeva xidmət və məhsullarda tətbiq edilən yeniliklər və həyata keçirilən kampaniyalar haqqında ətraflı məlumat verdi.

Tədbirdə, Bankın “Gəliiir” şüarı altında həyata keçirdiyi silsilə kampaniyaların ən möhtəşəmi “Bolkartla alış-veriş et, Nyu-Yorka 2 nəfərlik səyahət qazan!” adlı kampaniyanın qaliblərinin mükafatlandırılma mərasimi baş tutdu.

Belə ki,  24 iyul – 17 sentyabr tarixlərini əhatə edən kampaniya çərçivəsində Bolkart kredit və debet kart sahibləri etdikləri alış-verişə görə həftənin, ayın, həmçinin kampaniyanın yekun qalibi olmaq şansı əldə etmişdilər. Kampaniya şərtlərinə əsasən, kampaniyanın əhatə etdiyi dövr ərzində Bolkartlılar arasında istər ölkədaxili, istərsə də, ölkəxaricində ən çox alış-veriş edən şəxs, Bankın uzun illər müştərisi olan Vüsal Hüseynov Nyu-Yorka 2 nəfərlik səyahət paketi qazandı.

Öz çıxışında “Xəyallar şəhəri” haqqında, “Nyu-Yorka səyahət mənim üçün sadəcə xəyal idi” deyən Vüsal Hüseynov bildirdi ki, “Heç bir zaman ağlıma gəlməzdi ki, belə bir mükafatın sahibi olaram. Çünki bu mənim üçün xəyal idi. İlk dəfə qalib olduğumu eşidəndə kiminsə mənimlə zarafat etdiyini düşündüm. Sonra hər şeyin real olduğunu gördükdən sonra, sevincimin həddi-hüdudu yox idi”. Bank of Baku-ya öz təşəkkürünü bildirən Vüsal bəy eyni zamanda heç bir zaman Amerikada olmadığını da qeyd etdi.

Bu möhtəşəm kampaniya çərçivəsində, yekun qaliblə yanaşı, həmçinin həftəlik və aylıq qaliblər də mükafatlandırıldı:

  • Həftə ərzində ödənişlərin ümumi məbləği ən çox olan 24 nəfər Bolkartlıya – Bolkart Gold/Bolkart Diamond + 100 AZN BAL;
  • Kampaniya dövründə hər ayın yekununda ödənişlərin ümumi məbləği ən çox olan 2 Bolkartlıya Canon D1300 markalı FOTOAPARAT;
  • Ümumi kampaniya dövründə ödənişlərinin ümumi məbləği ən çox olan Bolkartlıya isə NYU-YORKA 2 NƏFƏRLİK SƏYAHƏT paketi (aviabilet, transfer və otel daxil olmaqla viza dəstəyi) HƏDİYYƏ olundu.

Kampaniya çərçivəsində, ümumilikdə 24 nəfər həftənin, 2 nəfər ayın, 1 nəfər isə ən böyük mükafatın qalibi oldu.

Xatırladaq ki, “Gəliiir” şüarı altında müştərilərə təqdim edilən əsas yeniliklər arasına Bolkart debet sahiblərinə qalıq məbləğin üzərinə illik 5% gəlir və Bolkart kredit və debet kart sahiblərinə isə etdikləri istənilən alış-verişə görə 25%-dək BAL qazanma imkanı daxildir.

Daha ətraflı:

Son xəbərlər
Digər xəbərlər