19 C
Baku
Sunday, September 29, 2024

“Bank of Baku” səhmdarları yığıncaq keçirəcək

İyulun 6-da, saat 15:00-da “Bank of Baku” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Atatürk prospekti, 42 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Bank of Baku”ın nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin “NAB Holding”inə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100%-lik, “AFB Bank” ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i “Azpetrol” neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər