“Bank of Baku” ASC (BoB) 2019-cu ilin ikinci rübü ərzində (aprel-iyun) 40,04 mln. manatlıq xalis mənfəət əldə edib. Bununla bankın ilk rübdə etdiyi zərəri üstələməklə yarımilliyi 32,29 mln. manatlıq xalis mənfəətlə bitirməli olub.
Banker.az bu barədə BoB-un 2019-cu ilin II rübü üzrə maliyyə hesabtaına istinad edir.
Bank of Baku 2019-cu ilin ilk 6 ayı ərzində 20,86 mln. manat faiz gəliri, 27,38 mln. manat faiz xərci, 3,70 mln. manat qeyri-faiz gəliri və 44,43 mln. manat qeyri-faiz xərci edib. Nəticədə bankın əməliyyat mənfəəti 1,32 mln. manat təşkil edib.
Lakin, aprel-iyun ayları ərzindəki 50,79 mln. manatlıq (6 ay üzrə hesablanarsa 39,39 mln. manat)problemli kreditlərinin geri dönüşü hesabına bankın xalis mənfəəti 32,29 mln. manata kimi artıb. Bank ilin ilk 6 ayında 8,36 mln. manat mənfəət vergisi ödəyib.
Bu böyük mənfəətin ardından bankın balasında olan illərin yığılmış zərərləri nəinki silinib, hətta bölüşdürülməmiş mənfəət 9,94 mln. manata çatıb.
Xatırladaq ki, “Bank of Baku”nun nizamnamə kapitalı 52 87 mln. manatdır. 2005-ci ildə yaradılan bankın səhmlərinə 35,00% – Nab Holdinq (Türkiyə), 31,11% – Hikmət İsmayilov, 28,89% – Azpetrol Neft Şirkəti və 5,00% – Elçin İsayev adlı fiziki şəxslər sahibdir.