18 C
Baku
Thursday, October 9, 2025

“Bank of Baku” ümumi həcmi ₼40 milyon olan istiqraz buraxır

“Bank of Baku” ASC (BoB) ümumi həcmi 40 milyon manat olan istiqraz buraxır.

Banker.az bunu Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.

Açıqlamada bildirilir ki, kommersiya bankı hər biri 100 manat olan 40 000 ədəd manatda istiqraz buraxacaq.

İstiqrazlar illik 13 faiz gəlirlilik təklif edir və 18 ay müddətinə təqdim ediləcək.

“Bank of Baku” ASC 2024-cü il üzrə 25.9 milyon manat xalis mənfəət əldə edib ki, bu da keçən ilin müvafiq dövründəki 25.5 milyon manatlıq mənfəətlə müqayisədə artımdır.

Cəmi faiz gəlirləri 152.7 milyon manat olmaqla bu 2023-cü ilin göstəricisindən (128.3 milyon manat) 19.0% çoxdur. Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 144.3 milyon manat təşkil edərək əsas paya sahib olub.

 

Son xəbərlər
Digər xəbərlər