Müştərilərilərinə daim dəyər verən, onların tələbat və istəklərini nəzərə alan “Bank of Baku” vəsaitlərini etibarlı şəkildə qorumaq və əlavə gəlir əldə etmək istəyən şəxslər üçün “Xalis əmanət” adlı yeni məhsulunu təqdim edir. Xalis əmanət üzrə vəsaitləri istər ABŞ dolları, istərsə də AZN-də 12, 18 və 24 aya yerləşdirmək mümkündür. Əmanət üzrə illik gəlir isə 12,5%-dək təşkil edir. Xalis əmanətinin əsas özəlliyi ondan ibarətdir ki, əmanət üzrə vergini müştəri yox, Bank ödəyəcək.
Xalis əmanətinin ÜSTÜNLÜKƏRİ:
- əmanət üzrə VERGİ məbləğini müştəri yox, BANK ÖDƏYİR!
- əmanəti AZN və ABŞ dollarında yerləşdirmək imkanı
- əmanəti müddətin yarısınadək artırmaq və azaltmaq imkanı
- əmanət üzrə məbləğin 90%-dək həcmində pul kreditini almaq imkanı
- faizləri aylıq və ya müddətin sonunda almaq imkanı
- pulsuz əmanət kartı almaq imkanı
- əmanət klubuna üzvü olduqda 1%-dək əlavə bonus əldə etmək imkanı
- minimal əmanət məbləği – 100 AZN
Əmanət üzrə FAİZ CƏDVƏLİ və daha ətraflı şərtləri burada: http://www.bankofbaku.com/az/deposits/xalis-amanat/
“Əmanət Klubu” barədə daha ətraflı burada: http://www.bankofbaku.com/az/loyalty-club/emanet-klubu/
Qeyd edək ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının qərarı ilə Fond tərəfindən sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi illik 9%-dək ( 30.000 manata qədər ) təyin olunub.
Ətraflı məlumat üçün:
145 Məlumat Mərkəzi