“Bank of Baku” ASC-nin son bir ildə işçi sayı açıqlanıb.
Banker.az banka istinadən xəbər verir ki, işçi sayı 1 yanvar 2026-cı il tarixinə 1049 nəfərə çatıb.
Ötən ilin aprelin 1-nə işçi sayı 987 nəfər, iyulun 1-nə 969 nəfər, oktyabrın 1-nə isə 1015 nəfər təşkil edib.
Qeyd edək ki, “Bank of Baku” ASC-nin səhmdarları Hikmət Əbuzər oğlu İsmayılov (31%), Elçin Həmid oğlu İsayev (5%), “Azpetrol Neft Şirkəti” MMC (29%) və “Nab Holding Anonim Şirkəti”dir (35%).







