“Bank of Baku” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
Banker.az xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək.
İclasın gündəliyinə subordinasiya borc öhdəlikləri kimi istiqrazların emissiya edilməsinə dair məsələ daxil edilib.
Bundan başqa, yığıncaqda digər məsələlərə də baxılacaq.
Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Bankın səhmlərinin 35 %-i Türkiyənin “NAB Holding”inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik, “AFB Bank” ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.







