“Bank of Baku” ASC-də daha bir təyinat baş tutub.
Banker.az xəbər verir ki, Ağamusa Məmmədov Faiq oğlu Baş mühasib təyin edilib. O eyni zamanda Maliyyə Departamentinin direktor müavini olaraq da vəzifəsini davam etdirir.
Ağamusa Məmmədov 2008-ci ildən “Bank of Baku”da çalışır.
Bununla da departament direktorlarının sayı 18-ə yüksəlib.
Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin “NAB Holding”inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik, “AFB Bank” ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.