“Bank of Baku” ASC 2021-ci ili 23 milyon 60 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə isə bankın mənfəəti 12 milyon 673 min manat olub.
Banker.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1.8 dəfə çoxdur.
GƏLİRLƏRİ ARTIB
2021-ci ildə “Bank of Baku”nun gəlirləri 77 milyon 873 min manat (illik müqayisədə 24% çox), xərcləri 57 milyon 287 min manat (16% çox), mənfəət vergisi ödəmələri isə 8 milyon 650 min manat (1.9 dəfə) təşkil edib.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu il yanvarın 1-nə “Bank of Baku”nun aktivləri 497 milyon 495 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 21.5% çoxdur. Bunun 413 milyon 861 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 22.4% böyüyüb.
DEPOZİT PORTFELİ ARTIB
Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 21% artaraq 403 milyon 19 manat, o cümlədən depozit portfeli 28% artaraq 247 milyon 177 min manat, balans kapitalı isə 24% artaraq 94 milyon 476 min manat təşkil edib.
Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin “NAB Holding”inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik, “AFB Bank” ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.