13 C
Baku
Saturday, April 27, 2024

“Bank of Baku”dan 37 milyon manata yaxın mənfəət

Bank of Baku” ASC 2022-ci ili 36 milyon 866 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ilin eyni dövründə isə bankın mənfəəti 23 milyon 60 min manat olub ki, bu da illik müqayisədə 60% artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

2022-ci ildə “Bank of Baku”nun cəmi gəlirləri 111 milyon 874 min manat (illik müqayisədə 44% çox), cəmi xərcləri 77 milyon 776 min manat olub. Nəticədə bankın 34 milyon 98 min manatlıq əməliyyat mənfəəti yaranıb. 2021-ci ildə isə bankın gəlirləri 77 milyon 873 min manat, xərcləri 57 milyon 287 min manat təşkil edib.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il yanvarın 1-nə “Bank of Baku”nun aktivləri 701 milyon 232 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 41% çoxdur. Bunun 577 milyon 534 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 40% böyüyüb.

DEPOZİT PORTFELİ ARTIB

Ötən il “Bank of Baku”nun öhdəlikləri 44% artaraq 578 milyon 371 min manata, o cümlədən depozit portfeli 48% artaraq 365 milyon 533 min manata, kapitalı isə 30% artaraq 122 milyon 861 min manata çatıb.

8 1

81 82

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər