Dünəndən başlayaraq “Bank of Baku”nın ödəniş terminalları işləmir.
Kartlar üzrə ödəniş etmək üçün terminallara üz tutan müştərilər istəklərini həyata keçirə bilmirlər.
Müştərilər bundan ötrü bankların filiallarına müraciət etmək məcburiyyətində qalıblar.
Bankdan Gün.Az-a məsələ ilə bağlı xəbər verdilər ki, ödəniş terminalların işləməməsinə səbəb sistemdə aparılan yenilənmələrdir. Bununla belə bankdan ödəniş terminallarının yenidən nə vaxt işləcəyi barədə məlumat vermədilər.
Gun.az