16 C
Baku
Saturday, April 20, 2024

“Bank of Baku”nun audit hesabatı: bölüşdürülməmiş mənfəət 32.8 milyona yüksəlib

2020-ci ildə gəlirləri böyüyən “Bank of Baku” ASC-nin (BoB) 15 milyon manat xalis mənfəəti olub.

Banker.az xəbər verir ki, bu barədə bankın illik audit hesabatında qeyd edilir.

Bank 2020-ci ildə 53.47 milyon manat həcmində faizdən gəlir əldə etdiyi halda, 16.34 milyon manat faiz xərci edib.

Faiz gəlirlərinin analiz etdikdə məlum olur ki, bunun 50.67 milyon manatı müştərilərə verdiyi kreditlərdən (illik müqayisədə: 23% artım), 1.7 milyon manat qiymətli kağızlardan (2.3 dəfə artım), pul vəsaitlərinin ekvivalentindən gələn gəlir 0.96 milyon manat  (3.7 dəfə) olmuşdur.

Faiz xərclərinin 9.59 milyon manatı müştərilərin depozit və cari hesabları üzrə, 5.59 milyon manatı isə bankların depozitləri üzrə və s. təşkil edir.

Qeyri-faiz gəlirləri  536 manat ( 2019-da: 2.11 milyon manat) olub. Qeyri-faiz əməliyyatlarında 18.98 milyon manatı işçi xərcləri (öncəki il: 18.31 milyon manat) olmuşdur.

Beləliklə, bankın mənfəəti  20.53 milyon manat olmuş (2019: 47.27 milyon manat), buradan da 5.32 milyon manat gəlir vergisi xərci etmiş, nəticədə ili 15.15 milyon manat xalis mənfəət (37.09 milyon manat) olmuşdur.

Bu xalis mənfəətdən sonra bankın balansında bölüşdürülməmiş mənfəət 32.8 milyon manata çatıb. Cəmi kapitalın həcmi isə 89.99 milyon manatdır (burada, 52.87 milyon manat səhm kapitalıdır).

AKTİVLƏRİ BÖYÜYÜB

2020-ci ildəki böhrana rəğmən bank aktivlərini 12% böyütməklə 419.39 milyon manata qədər böyüdüb. Aktivlərin 247.59 milyon manatı müştərilərə verdiyi kredit, 27 milyon manatı investisiya qiymətli kağızlar və 11.97 milyon manatı isə əmlak təşkil edib.

Kredit portfelinin 60%-i istehlak (164.19 milyon manat), 19%-i mikro (51.54 milyon manat), 16%-i biznes (42.35 milyon manat), 5%-i isə kartlar (14.61 milyon manat) üzrə kreditlər təşkil etmişdir.

Qiymətli kağızlar portfelinin həcminin son bir ildə 2 dəfəyə yaxın kiçilməsinə səbəb, ABŞ-ın 48.34 milyon manat xəzinə veksellərinin sıfırlanmasıdır. Belə ki, bu portfel 2020-ci ilin sonuna, 20.74 milyon manatı hökumət istiqrazları, və 6.66 milyon manatı korporativ istiqrazlar təşkil etmişdir.

DEPOZİTLƏR BÖYÜYÜB

“Bank of Baku”nun öhdəliklərinin həcmi 329.4 milyon manata qədər yüksəlmişdir. Buna səbəb isə, BoB-dakı bank depozitləri həcminin 85.18 milyon manatdan 101.47 milyon manata, müştəri depozitlərinin isə 186.23 milyon manatdan 196.66 milyon manata qədər yüksəlməsdir.

 

1

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər