24 C
Baku
Monday, September 30, 2024

“Bank of Baku”nun bazarda mövqeyini gücləndirəcəyinə dair açıqlama

2019-cu ilin əvvəlindən “Bank of Baku”nun kapital kəsiri problemi olmayacaqdır.

Bunu Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edən Eldar Həmidov bildirib. Banker.az bu barədə Marja resursuna istinad edir.

“2018-ci ilin sonunadək kapital çatışmazlığını aradan qaldıracağıq. 2019-cu ilin əvvəlindən sıxıntımız olmayacaq, “Bank of Baku”nun məcmu kapitalı 50 milyon manatdan yüksək olacaqdır”.

Eldar Həmidov qeyd edib ki, problemli kreditlərin geri yığılması sürətlənib: “2018-ci ildə təxminən 25 milyon manat problemli kredit yığımışıq. Problemli kreditlərin yığılması ehtiyatların azad olması və “Bank of Baku”nun xalis mənfəət əldə etməsilə nəticələnir. Həm xalis mənfəət, həm də səhmdarların dəstəyi ilə kapital artırılacaqdır”.

Eldar Həmidov əlavə edib ki, oktyabrın sonunda “Bank of Baku”nun məcmu kapitalı 31 milyon manat olub.

“Biz 2019-cu ildə qazanacağımız mənfəəti də kapitala yönəltməyi planlaşdırırıq”,- bankir deyib.

Qeyd edək ki, banklara qarşı minimal məcmu kapital tələbi 50 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər